Bakı. Hafiz Heydərov – APA. Bakıda silahlı insident baş verib.
Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər. Onların ölüb-ölmədiyi məlum deyil.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.
Hadisə ilə bağlı araşdırma aparılır.