42 milyonluq futbolçu Türkiyə yolunda

42 milyonluq futbolçu Türkiyə yolunda
10:17 27 İyul 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Dünya səviyyəli hücumçu axtarışında olan "Beşiktaş"la bağlı daha bir xəbər yayılıb. Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, son iki mövsümün çempionunun Cekson Martinesi transfer etmək istədiyi iddia olunub.


Bildirilir ki, "Beşiktaş" Çinin "Quanqzu Everqrande" klubunda top qovan kolumbiyalı ilə yaxından maraqlanır. Martinesin Avropaya dönmək istədiyi və "Beşiktaş"ın təklifinə müsbət yanaşacağı deyilir.


Qeyd edək ki, 2012-ci ildə Meksikanın "Jaquares" klubundan 8,9 milyon avroya "Portu"ya transfer olunan hücumçu 3 il sonra 37,1 milyon avro qarşılığında "Atletiko"ya keçib. Madrid klubu ötən ilin qışında onu 42 milyona "Quanqzu Everqrande"yə satıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-42-milyonluq-futbolcu-turkiy-yolunda-t59547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR