Qazaxıstanda təyyarə qəzasında 2 nəfər öldü

Qazaxıstanda təyyarə qəzasında 2 nəfər öldü
10:37 27 İyul 2017
23 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda təyyarə qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, respublikanın Mülki Aviasiya Nazirliyi qəzanın Almatıda baş verdiyini bildirib.

Məlumata görə, Yak-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Təyyarənin ərazidə aviakimyəvi dərmanlama işləri apardığı bildirilir.

Qeyd olunur ki, təyyarə yerə düşdükdən sonra alışıb.

Qəzanın baş vermə səbəbləri məlum deyil, hadisə ilə bağlı araşdırma başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR