Azərbaycan gimnastları Polşada Ümumdünya Oyunları 2017-də "gümüş" qazanıblar - FOTO

Azərbaycan gimnastları Polşada Ümumdünya Oyunları 2017-də "gümüş" qazanıblar - FOTO
10:42 27 İyul 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Polşanın Vrotslav şəhərində Ümumdünya Oyunlar çərçivəsində batut yarışlarında Azərbaycan gimnastları Svetlana Makştareva və Veronika Zemlyanaya gümüş medal qazanıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "qızıl"ı ukraynalı gimnastlar, "bürünc"ü isə Hollandiya təmsilçiləri qazanıblar.

Azərbaycan gimnastları yarışda Rusiya, Çin, ABŞ və digər ölkələri geridə qoyub.

Azərbaycanın batut üzrə milli yığmasının məşqçisi Vladimir Şulikin deyib: "Bizim qızların qələbəsinə çox sevinirik. Çox şadıq ki, onlar ölkəmizi və Gimnastika Federasiyasını uğurla təmsil etdilər. Rəqiblərinin güclü olmasına baxmayaraq, onlar layiqli nəticə göstərdilər".

V.Şulikin Azərbaycan Gimnastika Federasiyasına və rəhbərliyinə məşqlər üçün gözəl şərait və beynəlxalq yarışlarda iştirak etmək üçün imkan yaradıldığına görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ümumdünya Oyunları - 2017 Polşanın Vrotslav şəhərində 20-30 iyul tarixlərində keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR