UNEC-də məzun monitorinqi – məşğulluq 85%

UNEC-də məzun monitorinqi – məşğulluq 85%
10:44 27 İyul 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində 2016/17-cı tədris ili üçün məzun monitorinqi aparılıb.

Monitorinqin nəticələrinə görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 85%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib. 81% magistraturaya qəbul olunub, 3% isə hərbi xidmətdədir. Monitorinq zamanı məzunlardan 16%-nin xarici universitetlərdən cavab gözlədiyi də məlum olub.

Magistraturaya qəbul olunanlardan 54%-i Azərbaycanda, 46%-i isə xaricdə təhsilinə davam edəcəklər.

Məzunlar təhsillərini London School of Economics and Political Science, University of Bologna, University of Rome Tor Vergata, Corvinus University, Sapienza kimi nüfuzlu universitetlərdə davam etdirirlər.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinq hər il davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR