“Sabirabad Dəmir Beton”un rəhbərliyi yenidən formalaşdırılacaq

“Sabirabad Dəmir  Beton”un rəhbərliyi yenidən formalaşdırılacaq
10:57 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ Avqustun 26-da, saat 11:00-da “Sabirabad Dəmir – Beton” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Sabirabad rayonunun Qalaqayın kəndində olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin icra orqanının yeni sədrinin seçilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Sabirabad Dəmir – Beton” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 821 108 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sabirabad-demir-beton-un-rehberliyi-yeniden-formalasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR