Dollar illik minimuma endi

Dollar illik minimuma endi
11:12 27 İyul 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal reserve System, FED) uçot dərəcəsinin sabit saxlanılması barədə qəbul etdiyi qərardan sonra dolların indeksi 2016-cı ilin iyun ayından etibarən minimum həddə enib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bugünkü ticarət sessiyasında dolların ABŞ-ın altı əsas ticarət tərəfdaşının valyutasından ibarət səbətə nisbətən məzənnəsi 0,04% azalaraq 93,36 bəndədək zəifləyib. Sessiya ərzində dollar hətta 93,15 bəndədək geriləyib ki, bu da 2016-cı ilin iyun ayının 24-dən etibarən ən aşağı göstəricidir.

Avronun dollara qarşı məzənnəsi 1,1747 dollaradək bahalaşıb. Ötən sessiyanın sonunda 1 avro 1,1735 dollara ticarət olunub.

ABŞ valyutasının Yaponiya yeninə nisbətən məzənnəsi isə 111,06 yen səviyyəsinə qədər geriləyib. Halbuki ötən sessiyada 1 dollar 111,17 yen olub.

Xatırladaq ki, ötən gün başa çatan ikigünlük iclasın ardınca FED bəyan edib ki, uçot dərəcəsi 1-1,25% səviyyəsində saxlanılıb. Tənzimləyicinin yaydığı press-relizdə qeyd olunub ki, balansdakı aktivlərin azaldılması prosesinə "nisbətən tez" başlanacaq.

FED əlavə edib ki, ABŞ-ın əmək bazarı möhkəmlənməkdədir, iqtisadi aktivlik isə mülayim artım nümayiş etdirir. İllik inflyasiya hələ də mərkəzi bankın hədəf göstəricisi olan 2%-dən aşağı olaraq qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR