Apple-in banisinin dul arvadı sevgilisi ilə əylənir - FOTO

Apple-in banisinin dul arvadı sevgilisi ilə əylənir - FOTO
11:17 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Apple korporasiyasının banisi, mərhum Stiv Cobsun dul xanımı, 53 yaşlı Loren Pauell Cobs sevgilisi Adrian Fenti ilə birlikdə Xorvatiyadadır.

Milli.Az European-a istinadən bildirir ki, Birləşmiş Ştatların paytaxtı Vaşinqtonun sabiq meri A.Fenti ilə Loren Pauel və onun 19 yaşlı qızı dünən Xorvatiyanın Dubrovnik şəhərində idilər.

Onlar Dubrovnik sahillərinə hələ mərhum Stiv Cobsun sifarişi ilə inşa edilmiş "Venus" superyaxtasında yan almışdılar.

Yaxtanın dəyəri 100 milyon dollardır.

Dubrovnikin tarixi mərkəzini dolaşan L.Pauell, A.Fenti və Yeva Cobs reportyorların diqqətindən yayına bilməyiblər.

Stiv Cobs 2011-ci ilin oktyabr ayında mədəaltı vəzin xərçəngindən, 56 yaşında vəfat edib. L.Pauell Cobsla 20 illik nikahından 3 övlad doğulub.

Hazırda L.Pauell Cobs 10 milyard dollarlıq varidata malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/567034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR