Türkiyə parlamentində deputatların sayı artırılacaq

Türkiyə parlamentində deputatların sayı artırılacaq
11:57 27 İyul 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyə konstitusiyasına edilən əlavə və dəyişikliyə əsasən, millət vəkillərinin sayı 550-dən 600-ə çatdırılacaq.
“Report” “Resmi gazete”yə istinadən xəbər verir ki, bu haqda Ali Seçim Quruluşundan bildirilib.
İnformasiyaya əsasən, Türkiyə Böyük Millət Məclisində əyalətləri təmsil edəcək deputatların sayında da dəyişikliklər olacaq.
Məlumata görə, Ankara əyalətindən olan millət vəkillərinin sayı 32-dən 36-ya, İstanbuldan olan deputatların sayı isə 88-dən 97-yə çatdırılacaq.
Qeyd edək ki, 2017-ci il aprelin 16-da Türkiyədə konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı referendum keçirilib. Konstitusiya islahatına əsasən, ölkə parlamentli idarəetmə sistemindən prezident üsul-idarəsinə keçib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-parlamentinde-deputatlarin-sayi-artirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR