Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskvaya gedib

Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskvaya gedib
12:07 27 İyul 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın hərbi aşpazları “Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskvadadır.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata yaxın günlərdə Azərbaycan, Belarus, Serbiya, Monqolustan, İsrail və Rusiya komandalarının heyətləri təlimat keçəcək, təhlükəsizlik tədbirləri və texniki vasitələrin istismarını öyrənəcək, qida məhsulları ilə işləmək üçün icazə verilməsi məqsədilə tibbi müayinə olunacaqlar.
İyulun 29-da hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə məharətlərini nümayiş etdirəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-herbcileri-sehra-metbexi-musabiqesinde-istirak-etmek-ucun-moskvaya-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR