Robert Prosineçkinin köməkçisi “Panatinaikos” - “Qəbələ” oyununu izləyəcək

Robert Prosineçkinin köməkçisi “Panatinaikos” - “Qəbələ” oyununu izləyəcək
12:07 27 İyul 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ “Qəbələ” komandasının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Panatinaikos” ilə səfərdə keçirəcəyi ilk matçını Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin köməkçisi də izləyəcək.
AFFA-dan “Report”a verilən məlumata görə, qapıçılar üzrə məşqçi Faiq Əzizov Afinaya ezam olunub. O, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək oyuna tribunadan baxacaq.
Qeyd edək ki, Robert Prosineçki hazırda vətəni Xorvatiyada istirahətdə olduğundan Azərbaycan klublarının cari avrokubok mövsümündə keçirdikləri 13 qarşılaşmanın heç birini stadionda izləməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/robert-prosineckinin-komekcisi-panatinaikos-qebele-oyununu-izleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR