Masallıda talvar və maşın yanıb

Masallıda talvar və maşın yanıb
12:14 27 İyul 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Masallı rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şərəfə kəndində vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 300 m2 olan dəmir konstruksiyadan ibarət talvarın 10 m2 sahədə taxta atmaları və talvarın altına yığılmış 24 ton ot bağlamasının 11 tonu, digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR