İbrahimoviç bombası partlayır

İbrahimoviç bombası partlayır
12:17 27 İyul 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Zlatan İbrahimoviç yenidən "Mançester Yunayted"də çıxış edə bilər. Fanat.Az xəbər verir ki, baş məşqçi Joze Mourinyonun isveçli ulduzdan vaz keçmədiyi bildirilir.


İddia olunur ki, ötən mövsüm ağır zədə alan İbrahimoviç sağaldıqdan sonra - bu ilin sonlarında "Mançester Yunayted"in formasını geyinə bilər. Portuqaliyalı mütəxəssis də onun komandaya dönməsinə razıdı.


Qeyd edək ki, Mourinyo bir müddət əvvəl İbrahimoviçin komandaya dönə biləcəyinə işarə vurmuşdu. 84,7 milyon avroya transer olunan Romelu Lukakunun transferindən danışan mütəxəssis "Hücumçu almaq üçün çox pul xərclədik. Bu bölgə üçün çox pul xərcləməsən bir şey ala bilməzsən. Bu pulu Zlatanın zədəsi üçün xərclədik. Mövsümün ilk 6 ayında onun yerini doldura bilməzdik" demişdi. Onun "ilk 6 ay" sözləri İbrahimoviçin yenidən komandaya dönəcəyini deməyə əsas verir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-brahimovic-bombas-partlayr-t59551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR