DİN Şəmkirdə ananın və iki azyaşlı övladının ölümü ilə bağlı məlumat yaydı

DİN Şəmkirdə ananın və iki azyaşlı övladının ölümü ilə bağlı məlumat yaydı
12:27 27 İyul 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intiharı ilə bağlı məlumat yayıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, iyulun 25-də saat  21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən  Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb.
 
Ana və övladları hadisə yerində ölüblər.
 
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR