"Antonov" konserninin ləğvi Azərbaycana təyyarə tədarükünə təsir edəcək?

"Antonov" konserninin ləğvi Azərbaycana təyyarə tədarükünə təsir edəcək?
12:42 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

"Antonov" Dövlət Konserninin ləğv edilməsi "An-178" təyyarələrinin Azərbaycana çatdırılmasına heç bir təsir göstərməyəcək.

Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Konserndən məlumat verilib.

Qeyd olunub ki, "Silk Way Airlines" ilə "Antonov" arasındakı razılaşma qrafikə uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət öncə bəzi KİV-lərdə "Antonov" Dövlət Konserni və konsernə aid üç müəssisənin 2 ay ərzində ləğv ediləcəyi haqda informasiyalar yer almışdı. Lakin bununla bağlı konserndən Trend-ə bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/567118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR