Sabahın HAVAsı

Sabahın HAVAsı
12:42 27 İyul 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda iyulun 28-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-qərb küləyi  gündüz mülayim cənub  küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə  22-26° isti, gündüz  32-37° isti, Bakıda gecə  24-26° isti, gündüz  35-37° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan  aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %,  gündüz 40-50 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
    
Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  21-26° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  27-32° isti olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR