DİM rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edib

DİM rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edib
12:57 27 İyul 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarinda iştirak edən və müsabiqə şərtini ödəyən namizədlərə müraciət edib. 
DİM-dən "Report"a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyul saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.
Qeyd edək ki, * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.
Boş qalan plan yerləri aşağıdakılardır:
Azərbaycan Tibb Universiteti 311422 311439 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu 313261 313278 313326 313334 Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 324115 *324123 Respublika Narkoloji Mərkəzi 332118 Respublika Gigiyena və Epidemiologiya Mərkəzi *333114 333122 333139 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası 339117 3 nömrəli Bakı Şəhər Klinik Xəstəxanası 343118 343183 İctimai Səhiyyə və İslahatlar Mərkəzi *346115 Naxçıvan Dövlət Universiteti 361132 361149 361165 361198 *361246 *361254 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı 362145 Travmatologiya-ortopediya 1

Xəbərin orijinal ünvanı: https://report.az/cemiyyet/di-m-rezidenturaya-bos-qalan-plan-yerlerine-erize-qebulu-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR