Ən qəribə bayramlardan biri: qazın başını kim qoparar? - FOTO

Ən qəribə bayramlardan biri: qazın başını kim qoparar? - FOTO
13:17 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

İspaniyanın Toledo əyalətindəki kiçik El Karpio de Tah şəhərində dünyanın ən qəribə, ekstravaqant bayramlarından biri hər il böyük şadyanalıq, sevinc və miqyasla qeyd olunur.

Milli.Az European-a istinadən bildirir ki, bayram əsnasında şəhərin mərkəzi küçəsinə yığışan sakinlər yarışırlar. At belində olan iddialılar küçənin ortasında, yüksəkdə iki evin divarları arasında çəkilmiş kəndirdən asılmış qaza tərəf çapırlar.

At sürətlə çapan zaman süvari dartıb qazın başını qoparmalıdır.

Bayram orta əsrlərdə, İspaniyada müsəlmanların əmirliklərinə hücumlardan ibarət rekonkista zamanı yaranıb.

Əvvəllər diri qazın başı qoparılardı. Lakin ötən əsrlə qaydalar dəyişdirilib və kəndirdən artıq ölü qaz asılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/567033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR