Küçə uşaqlarından QƏHRƏMAN YARATDI - FOTOLAR

Küçə uşaqlarından QƏHRƏMAN YARATDI - FOTOLAR
14:23 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Türkiyədə Mustafa Hoca adlı şəxs kiçik yaşda ağır işlərdə çalışan uşaqlar üçün maraqlı təşəbbüs həyata keçirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, uşaq evlərindəki balacalara boks dərsləri öyrətmək üçün Sosial Xidmətlər və Uşaq Əsirgəmə Təşkilatına (SHÇEK) müraciət ünvanlayıb. SHÇEK isə idman müəlliminə uşaq evlərində qalanlara deyil, küçələrdə slafet satan, ayaqqabı boyayan, kiçik yaşlarda ağır işlərdə çalışan uşaqlara dərs verməsini tövsiyə edib. Ailələrin də razılığını alıqdan sonra Mustafa Hoca dərslərə başlayıb.

Bir müddət sonra məlum olub ki, Mustafa Hocanın tələbələri müxtəlif yarışlarda birincilik qazanıb. Türkiyə Çempionatında 9 nəfər qalib olub. Avropa çempionatında isə 1 ikinci, 2 nəfər 3-cü yeri qazanıb.

Uşaqların bir hissəsi Mustafa Hocanın bütün səylərinə baxmayaraq, boksdan gedərək uşaq yaşda “həyata” atılıb. Qalanlar isə var gücləri ilə məşqlərə davam edirlər.

Əbdürrəhman Antakyalı Mustafa Hoca ilə uşaqların təsirli məşq prosesini lentə alıb.

Publika.az həmin fotoları təqdim edir:


Xəbərin orijinal ünvanı: http://publika.az/news/foto/207704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR