Patrisiya Kaasdan bakılılar üçün SÜRPRİZ - VİDEO

Patrisiya Kaasdan bakılılar üçün SÜRPRİZ - VİDEO
14:53 27 İyul 2017
90 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur fransız müğənnisi Patrisia Kass Bakıda konsert verəcək.

Publika.az xəbər verir ki, dünya şöhrətli fransız müğənnisi Patrisiya Kaas oktyabrın 18-də Heydər Əliyev Sarayında möhtəşəm solo konserti ilə çıxış edəcək. İfaçı konsert proqramında həm yeni, həm də köhnə kompozisiyaların daxil olduğu repertuarını təqdim edəcək. Bütün bunlarla yanaşı, tamaşaçıları bir neçə sürprizlər gözləyir. Təşkilatçılar bu barədə hələlik heç bir məlumat verməyib.

Qeyd edək ki, sonuncu dəfə Patrisiya Fransanın məşhur müğənnisi Edit Piafın xatirəsinə həsr olunmuş "Kaas Chante Piaf" konsert proqramı ilə dünya turnesi çərçivəsində Bakıda 2014-ci ildə çıxış edib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/207711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR