Bu qidalardan yeyən XƏRÇƏNG olmur

Hazırda müalicəsi tam olaraq mümkün olmayan xərçəng əsrin ən təhlükəli xəstəliyi olsa da, bəzi qidaları yeyərək bu xəstəliyə yaxalanma riskini aşağı sala bilərsiniz.

Metbuat.az xəbər verir ki, ABŞ-da 90 mindən çox qadın üzərində aparılan araşdırmaya görə, yetginliyə addım atdığı yaşdan etibarən süfrəsində yüksək lif tərkibli qidalar ilə meyvə və tərəvəzə yer verən qadınların döş xərçənginə yaxalanma riski yüzdə 12 faiz daha azdır.

Mütəxəssislər xərçəngə qarşı somon, sardalya, ton balığı yeməyi məsləhət görür. Belə ki, soyuq dənizlərdə yaşayan balıqlar omeqa-3 ilə zəngin olduğu üçün xərçəngin qarşısını almaqda təsirlidir.

Qəhvənin də xərçəngə qarşı qoruyucu təsiri olduğu sübut olunub. Keçən il aparılan araşdırmaya görə, gündə bir neçə fincan qəhvə içənlərin qalın bağırsaq xərçənginə yaxalanma riski, içməyənlərlə nisbətdə yüzdə 42 faiz daha azdır. Qəhvə tiryakisinə çevrilmiş qadınların döş xərçəngi olma ehtimallarının, qəhvə içməyənlərlə müqayisədə daha aşağı səviyyədə olduğu araşdırmada qeyd olunub.

Zeytun yağı və çərəzi unutmayın

Mütəxəssislər deyir ki, soyuq dəniz balıqları ilə yanaşı zeytun yağı və fındıq, qoz, badam kimi çərəzlərin də tərkibində "Omeqa-3"   var və xərçənglə mübarizədə son dərəcə faydalıdır.

Aysel Yaqubqızı / Metbuat.az

Zeytun yağı və əncir möcüzəsi - Xalq təbabəti - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR