Yevlax RİH: "Xəstəxanada yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib"

Yevlax RİH: "Xəstəxanada yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib"
15:27 27 İyul 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax. 27 iyul. REPORT.AZ/ "Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib"
Bunu "Report"un Qərb bürosuna Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərəmxanov deyib.
C.Kərəmxanov bildirib ki, xəstələrin və tibb işçilərinin təxliyyəsi başa çatıb: "Xəstəxanada olan bütün xəstələr və tibb işçiləri təxliyə olunub. Hadisə zamanı 5 xəstə Mengəçevir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, 30-dan çox xəstə isə xəstəxananın həyətinə təxliyyə olunub. Yanğın şaxtada olan elektirik kabellərinin yükə düşməsi nəticəsində yaranmış qısaqapanmadan baş verib. Hazırda ərazidə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də tüstülənmə davam edir".

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlax-ri-h-xestexanada-yangin-elektrik-kabellerindeki-qisaqapanmadan-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR