ÜTT Azərbaycanın təşkilata qəbulunu sürətləndirir

ÜTT Azərbaycanın təşkilata qəbulunu sürətləndirir
15:42 27 İyul 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Ticarət Mərkəzi (ITC) Azərbaycanınə Ümumdünya Ticarət Təşkilatına qəbulu prosesini sürətləndirmək üçün dəstək göstərməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜTT baş katibinin aparat rəhbəri, Beynəlxalq Ticarət Mərkəzinın icraçı direktoru Arança Qonzales özünün "Twitter" səhifəsində yazıb.

Hazırda Cenəvrədə Azərbaycanın ÜTT-ə daxil olması üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Danışıqlar iyulun 24-də başlayıb və 28-ə qədər davam edəcək. Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edir.

A.Qonzales yazıb: "Mən Mahmud Məmmədquliyevlə Azərbaycanın təşkilata qəbul edilməsi məsələsini müzakirə etdik və İTC-in bu prosesin sürətləndirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/567222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR