Xəstəxanadakı yanğına nə səbəb oldu? - RİH AÇIQLADI

Xəstəxanadakı yanğına nə səbəb oldu? - RİH AÇIQLADI
15:52 27 İyul 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

"Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib".

Milli.Az xəbər verir ki, bunu report-a Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərəmxanov deyib.

C.Kərəmxanov bildirib ki, xəstələrin və tibb işçilərinin təxliyyəsi başa çatıb: "Xəstəxanada olan bütün xəstələr və tibb işçiləri təxliyə olunub. Hadisə zamanı 5 xəstə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, 30-dan çox xəstə isə xəstəxananın həyətinə təxliyə olunub. Yanğın şaxtada olan elektirik kabellərinin yükə düşməsi nəticəsində yaranmış qısaqapanmadan baş verib. Hazırda ərazidə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də tüstülənmə davam edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR