Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib
15:57 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankının Monetar siyasət Komitəsi bu gün keçirdiyi iclasda uçot dərəcəsini dəyişdirməmək qərarı alıb. "Report" "Sputnik-Georgia.ru" saytına istinadən xəbər verir ki, bu barədə Bankdan məlumat verilib.
Bank bu addımını inflyasiyanın iyun ayında 7,1% - yüksək həddə olması ilə izah edib. Yüksək inflyasiyaya səbəb tütün və yanacaq aksizlərinin artırılması ilə bağlı olub. 
Xatırladaq ki, son dəfə Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini may ayında 6,5%-dən 7%-ə qədər artırıb. Mərkəzi Bank açıqlamasında birdəfəlik amillərin keçici olduğunu, inflyasiyanın ilin II yarısından etibarən azalacağını proqnozlaşdırdığını bildirib.
Bankın növbəti iclasının sentyabr ayının 6-da keçirilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/gurcustan-merkezi-banki-ucot-derecesini-deyismeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR