FİFA 22 yaşlı müdafiəçinin istəyinə müsbət cavab verdi

FİFA 22 yaşlı müdafiəçinin istəyinə müsbət cavab verdi
16:05 27 İyul 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Seltik"in müdafiəçisi Yozo Şimunoviç Bosniya və Hertseqovina millisinin şərəfini qoruyacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, FİFA daha öncə Xorvatiyanın U-16 və U-21 yığmasında çıxış edən futbolçuya milli komandasını dəyişməyə icazə verib. Bu barədə Bosniya Futbol Federasiyasnın rəsmi açıqlamasında deyilir.

22 yaşlı futbolçunun valideynləri bosniyalıdır. O, Xorvatiyanın əsas komandasında oyun keçirməmişdi. Şimunoviç Bosniya və Hertseqovina millisində ilk oyununa avqustun 31-də çıxa bilər. Həmin gün komandanı 2018 DÇ seçmə mərhələsi çərçivəsində Kiprlə oyun gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR