Bakıda sərnişin avtobusa velosipedlə mindi - Qalmaqal yaşandı - VİDEO

Bakıda sərnişin avtobusa velosipedlə mindi - Qalmaqal yaşandı - VİDEO
16:05 27 İyul 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, iyulun 20-si saat 22:36 radələrində sərnişin "BakuBus"a məxsus 21 nömrəli marşrut xətti üzrə "Səməd Vurğun bağı" dayanacağından hərəkət edən avtobusa velosipedlə daxil olub və velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayıb.

Hadisənin qeydə alındığı video kadrlardan da görünür ki, sərnişinə xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o xəbərdarlıqlara məhəl qoymadan israrla velosipedi avtobusda saxlamağa davam edib və bununla da təhlükəsizlik qaydalarını kobud şəkildə pozub. Sərnişinlərlə dolu avtobusun hərəkətinə maneə yaradan həmin şəxs avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və onun qrafikdən kənara çıxaraq ləngiməsinə səbəb olub. Onun bu hərəkəti digər sərnişinlərin də böyük narazılığına səbəb olub.

Sonda hadisə ilə bağlı polis orqanlarına məlumat verilib. Əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə avtobusu tərk etməyə məcbur olub. Avtobusdan enəndən sonra qaydanı pozan şəxs heç nə olmayıbmış kimi rahatca velosipedinə minərək oradan uzaqlaşıb.  

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, hər bir sərnişin mövcud qanunvericiliyə uyğun olaraq ictimai nəqliyyata daxil olarkən təhlükəsizlik qaydalarına əməl etməli, digər sərnişinləri narahat edəcək, nəzərdə tutulmus ölçülərdən artıq əşya və ya digər texniki vasitələrdən istifadə etməməlidirlər: "Eyni zamanda hər bir sərnişin avtobusda olan digər sərnişinlərin təhlükəsizlik və rahatlığını nəzərə alaraq, yalnız öz şəxsi maraqlarına uyğun davranmamalı, ictimai nəqliyyatda ictimai maraqları nəzərə almalıdır".

Onun sözlərinə görə, təcrübə göstərir ki, belə hallarda avtobusda olan digər sərnişinlərin qaydaları pozan sərnişinə qarşı öz reaksiyalarını göstərmələri də həlledici rol oynayır: "Ona görə də bu kimi hallarda sərnişinlərimizin daha fəal olmalarını və ictimai qınaq mexanizmi yaratmaqla qaydaları pozan sərnişinə qarşı münasibət bildirmələrini xahiş edirik. Hər bir sərnişin nəzərə almalıdır ki, ictimai nəqliyyat şəxsi maraqlara deyil, ictimai maraqlara xidmət edir".

İlkin İzzət

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda sərnişin avtobusa velosipedlə mindi - Qalmaqal yaşandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR