Ermənistanda etiraz aksiyası: qızıl mədəninə gedən yol bağlandı

Ermənistanda etiraz aksiyası: qızıl mədəninə gedən yol bağlandı
16:12 27 İyul 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Emənistanın Lori bölgəsinin Ardvi kəndinin sakinləri qızıl mədəninin istismarına etiraz olaraq aksiya keçiriblər.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, aksiya iştirakçıları qızıl mədəni yerləşən kəndə gedən yolu bağlayıblar.

Bu mədənin istismarı ilə bağlı ictimai müzakirə planlaşdırılıbmış. Aksiya iştirakçıları müzakirənin aparılmasına yol verməyəcəklərini bildiriblər.

Etirazçılar ekoloqların, parlamentdəki müxalifət təmsilçilərinin, Ermənistan Ətraf Mühitin Mühafizəsi Nazirliyi əməkdaşlarının qızıl yatağı olan Ardvi kəndinə daxil olmasına imkan verməyiblər. Onlar yolun açılması ilə bağlı polisin tələblərinə də əməl etməyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR