Yevlaxda yanğın zamanı xəstəxananın 4 və FHN-in 2 əməkdaşı tüstüdən zəhərlənib

Yevlaxda yanğın zamanı xəstəxananın 4 və FHN-in 2 əməkdaşı tüstüdən zəhərlənib
16:32 27 İyul 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 27 iyul. REPORT.AZ/ Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı xəstəxananın 4 əməkdaşı tüstüdən zəhərlənib.
"Report"un məlumatına görə, həmin şəxslər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Report"a fakt təsdiqlənib.
"Report"un əldə etdiyi məlumata görə, yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşı da zəhərlənib. Həmin şəxslərə oksigen balonu vasitəsilə ilkin tibbi yardım göstərilib. Hazırda həmin şəxslərin vəziyyəti normaldır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlaxda-yangin-zamani-xestexananin-4-ve-fhn-nin-2-emekdasi-tustuden-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR