Məktəbəhazırlıq qruplarına qəbulda YENİLİK: Sənəd qəbulu elektron qaydada olacaq

Məktəbəhazırlıq qruplarına qəbulda YENİLİK: Sənəd qəbulu elektron qaydada olacaq
16:37 27 İyul 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhərində məktəbəhazırlıq qruplarında oxumaq istəyən uşaqların sənəd qəbulu elektron qaydada həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 2017-2018-ci tədris ilində sənəd qəbuluna avqustun əvvəlindən başlamaq nəzərdə tutulur.

Sənəd qəbulu sentyabrın 18-dək davam edəcək. Sorğuları qəbul olunan uşaqların sənədlərinin məktəblərdə qəbulu avqustun 15-dən başlayacaq. Bu proses sentyabrın sonunadək davam edəcək.

Məktəbəhazırlıq qruplarında dərslərin oktyabrın 1-dən başlanılması nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR