"Ketçup" qabından heroin çıxdı - FOTO

"Ketçup" qabından heroin çıxdı - FOTO
16:42 27 İyul 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

İrandan Azərbayacana narkotik vasitə gətirən və onun alıcısı saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində 16.07.2017-ci il tarixdə "Astara" sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızının saxlanılaraq əşyalarına baxış keçirilib. 

Baxış zamanı əşyaların arasından 2 ədəd "ketçup" qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar  olunaraq götürülüb.

Sonrakı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitənin sifarişçisi AR vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR