“Spartak”ın futbolçusu: “Məni Azərbaycan millisinə çağırırlar”

“Spartak”ın futbolçusu: “Məni Azərbaycan millisinə çağırırlar”
16:57 27 İyul 2017
24 İdman
Ölkə mətbuatı
A- A+

Moskva "Spartak"ına məxsus olan, icarə əsasında “Anji”nin formasını geyinən azərbaycanlı futbolçu Ayaz Quliyev millimizdən dəvət alması ilə bağlı danışıb. Fanat.Az xəbər verir ki, futbolçu təklifləri qəbul etmədiyini bildirib: 


"Mənimlə dəfələrlə əlaqə saxlayaraq Azərbaycan yığmasına dəvət ediblər. Hazırda da Azərbaycan millisinə çağırırlar. Hələlik heç bir cavab vermirəm. İndi əsas olan Rusiya Premyer Liqasında oynamaq və möhkəmlənməkdir. Sonrasına baxarıq”.


Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qrupları üzrə yığma komandalarında forma geyinib. Yarımmüdafiəçi U-21-in heyətində 15 matça çıxıb və 2 qol vurub. Lakin hələlik əsas milli komanda ilə bağlı seçim etməyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-spartakn-futbolcusu-mni-azrbaycan-millisin-carrlar-t59558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR