Ermənistanın Lori bölgəsinin Ardvi kəndinin sakinləri
etiraz aksiyası keçiriblər.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
aksiyaya səbəb sakinlərin qızıl mədənlərinin istismarına etiraz
etməsidir.
Etirazçılar kəndə gedən avtomobil yolunu kəsib. Onlar Ardvi
kəndində qızıl mədənlərinin istismarı ilə bağlı planlaşdırılan
ictimai müzakirələrə qarşı olduqlarını və müzakirə iştirakçılarına
kəndə girməyə icazə verməyəcəklərini açıqlayıblar.
Ekoloqlar, “Yelk” blokundan olan deputatlar və Təbii Sərvətlər
Nazirliyinin nümayəndələri gəlsələr də, sakinlər onlara kəndə daxil
olmağa icazə verməyib. Polis etirazçılara dağılışmaq əmri etsə də,
sakinlər geri çəkilməyib.
Asif