4 futbolçu “Kəpəz”ə qoşulur

4 futbolçu “Kəpəz”ə qoşulur
17:27 27 İyul 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz”in Ərzurumda keçirdiyi hazırlıq prosesində zədələnən və son yoxlama oyununda meydana çıxa bilməyən futbolçuları sıraya dönürlər. 


Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Elazığspor”a qarşı forma geyinməyən Novruz Məmmədov, İlyas Səfərzadə və Fərid Məmmədovun əzələ yükləməsi ilə bağlı yaranan ağrıları keçmək üzrədi.

 

Klubun tibbi personalından verilən məlumata görə, oyunçuların zədələri ciddi deyil və onlar iyulun 29-da Bakıda məşqləri bərpa edəcək komandaya qoşula biləcəklər.

 

Həmçinin Tural Cəlilov da zədəsini sağaldıb. Paytaxtdakı məşqlərin birində zədələndiyindən Türkiyəyə aparılmayan müdafiəçinin müalicəsi uğurla başa çatıb. Fərdi olaraq məşqlərə başlayan Cəlilov da ayın 29-dan ümumi halda hazırlığa başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-4-futbolcu-kpz-qoulur-t59559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR