"7 uşağım olsun istəyirəm" - Ronaldu

"7 uşağım olsun istəyirəm" - Ronaldu
17:32 27 İyul 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

3 uşaq atası olan 32 yaşlı futbolçu Kriştianu Ronaldu 4-cü dəfə ata olmağa hazırlaşır. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, idmançının sevgilisi Corcina Rodriqez hamilədir. Lakin Ronaldu 4 uşaqla kifayətlənmək fikrində deyil. O, televiziyalardan birinə müsahibəsində 7 uşağının olmasını arzuladığını deyib: 

"Oğlum Ronaldu (balaca) daha 3 bacı-qardaş istəyir. O, möcüzəvi 7 rəqəmini xoşlayır və 7 uşaq olmaq istəyir. Düşünürəm ki, bu fikir əladır". 

Qeyd edək ki, Ronaldunun 7 yaşlı oğlu, Yeva və Mateo adlı yenicə doğulmuş əkizləri var. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR