Dünyanın ən məşhur mahnısını bir də Trampın ifasında dinləyin

Dünyanın ən məşhur mahnısını bir də Trampın ifasında dinləyin
17:33 27 İyul 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Venesuelada siyasi böhranlara səbəb olan, 2017-ci ilin ən məşhur mahnısı "Despasito" bu dəfə ABŞ prezidenti Donald Trampın performansında gündəmə gəlib.

Publika.az xəbər verir ki, Maestro Zikos adlı yutub istifadəçisinin dinləyicilərin israrı ilə hazırladığı D.Trampın videosu 1 həftədə 818 000 baxış sayı toplayıb.

Maestro videonu prezidentin fərqli çıxışlarından kəsilən sözlərlə "Despasito" mahnısının melodiyasını sintez etməklə hazırlayıb.

Videonun şərh bölməsinə isə bu sözləri yazıb:

“Öncə “yox, bu mümkün deyil” deyə düşündüm. Daha sonra öz-özümə “bunu sınamalısan” dedim. Nəticə isə budur. Ümid edirəm, bəyənərsiniz. Çılğın şərhlərinizi gözləməkdəyəm”.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR