“eBay”da oxşar məhsullar fotoşəkillərlə axtarılacaq

“eBay”da oxşar məhsullar fotoşəkillərlə axtarılacaq
17:35 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

“eBay” internet mağazasının əlavələrində fotoşəkilin tanınması funksiyasından istifadə edən 2 yeni funksiya istifadəyə veriləcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Image Search” funksiyası krosovka və ya çanta fotoşəkilindən oxşar məhsulların axtarışı üçün istifadəyə imkan verəcək. “Find It On eBay” funksiyası sayəsində istənilən saytda şəkili seçərək onu servisə göndərmək mümkün olacaq. Bu qaydada istifadəçi xarici görünüşünə görə oxşar əşyalar siyahısını əldə edəcək.
 
Məlumata görə, kompüter təlimi imkanlarından istifadə edəcək funksiyalar saytda, eləcə də bağlı satışlar üzrə 1,1 milyard aktiv lot axtaracaq.
 
Şirkətin alıcılıq təcrübəsi üzrə vitse-prezidenti Mohan Pett bildirib ki, biz fotoşəkillə internetdə hər növ alış-verişi mümkün etmək istəyirik.
 
Nümayiş zamanı vitse-prezident hündür qara çəkmələrin şəkilini çəkərək onları “eBay”a göndərib və dərhal təxminən eyni çəkməyə oxşar 500-ə yaxın təklif alıb. Funksiyalardan bütün kateqoriyalarda istifadə etmək olar, lakin süni intellekt modelləri ilk növbədə geyim və mebel kimi əşyalar üçün nəzərdə tutulub.
 
“Android” və “iOS” əməliyyat sistemli qurğu istifadəçiləri “Image Search” funksiyasından payızda yararlanmağa başlayacaqlar. “Find It On eBay” funksiyasından ilkin mərhələdə yalnız ABŞ sakinləri istifadə edə biləcəklər və bu səbəbdən “Apple” istifadəçiləri ondan bir qədər gec yararlanmaq imkanı əldə edəcəklər.
 
Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay”da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər “eBay”da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca “brands.ebay.com” bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.
 
“eBay”, həmçinin “PayPal” və “Ebay Enterprise” şirkətlərinin sahibidir.
 
Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-49275-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR