Türkiyə 680 alman şirkətini qara siyahıya salıbmı? - Baş nazir açıqladı

Türkiyə 680 alman şirkətini qara siyahıya salıbmı? - Baş nazir açıqladı
17:38 27 İyul 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə ilə Almaniya arasında artan iqtisadi gərginlik fonunda Türkiyənin 680 alman şirkətini qara siyahıya saldığı iddiası da yayılmışdı.

Publika.az xəbər verir ki, Almaniyanın Daxili İşlər Nazirliyinin sözçüsü Tobias Pleyt Türkiyənin terrora dəstək verməkdə şübhəli bilinən 680 alman şirkətindən ibarət hazırladığı qara siyahını ləğv etdiyini açıqlayıb.

Baş nazir Binali Yıldırım da bu iddia səbəbilə alman şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Toplantıda iqtisadiyyat naziri Nihad Zeybekci də iştirak edib.

Nazir son zamanlarda türk-alman münasibətlərinə zərər vurmaq üçün yalan iddialar yayan qüvvələrə sərt cavab verib:

“Türkiyədəki alman şirkətlərinə narahatlıq verəcək heç bir fəaliyyət qeydə alınmayıb. Bütün alman şirkətlərindən tək-tək kiminsə onları narahat edib etmədiyini soruşduq. Heç bir şirkət belə bir hadisənin yaşandığını açıqlamadı”.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR