"Övladım olmasını istəyirəm" - Günay

"Övladım olmasını istəyirəm" - Günay
17:47 27 İyul 2017
108 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Günay İbrahimli "Nəsib olsa" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi yaradıcılıq yeniliklərindən danışıb. Günay bildirib ki, payızda solo konsert verməyi planlaşdırır.

İfaçı "Günayın bir qadın kimi ən böyük arzusu nədir" sualına belə cavab verib:

"Hər bir xanım kimi arzularım var, tükənməzdir. Bir çoxu gerçəkləşib. Hansısa nailiyyətlər qazanmışam. Gələcəkdəki arzum isə... Biznes qurmaq istəyirəm. Moda evi, butik ola bilər. Hansısa bir məşhur brendi Bakıya gətirə bilərəm. 

Bir də gözəl ailə qurmaq və övladlarım olsun istəyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/567272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR