Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib

Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib
17:57 27 İyul 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ Ermənistanda müddətli hərbi qulluqçu, kiçik çavuş Vardan Melkonyanın intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, o, hədə-qorxu ilə intihar həddinə çatdırma, qəddar rəftar, sistemli şəkildə insan ləyaqətinin alçaldılması maddələri ilə ittiham olunur. Məlumata görə, iyulun 22-də Melkonyan gecə saat 12 radələrində hərbçi həmkarı tərəfindən məişət xidməti otağında zorakılığa məruz qalıb.
Xatırladaq ki, iyulun 23-də 1998-ci ildə doğulan Vardan Melkonyanın meyiti hərbi hissələrdən birinin yaxınlığından asılı vəziyyət aşkar edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-herbcinin-intiharinda-istirakda-subheli-bilinen-herbci-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR