Quba-Xaçmaz avtomobil yolu təmir olunur

Quba və Xaçmaz rayonlarını birləşdirən avtomobil yolunda avqust ayının ilk günlərindən asfaltlanma işlərinə başlanılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, yeni yol əvvəlkindən həm keyfiyyətinə, həm də ölçülərinə görə seçiləcək.

Məlumatda bildirilir ki, ötən əsrin 70-ci illərində salınan 28 kilometrlik yol istismar müddətini başa vurduğundan avtomobillərin hərəkəti üçün ciddi çətinlik yaranmışdı. Məhz buna görə də “Azəravtoyol” ASC tərəfindən şimal bölgəsinin iki böyük rayonunu birləşdirən, həm də turizm əhəmiyyətli yolun tamamilə əsaslı təmirinə başlanılıb.

Yeni yolun hərəkət hissəsinin eni 7,5, yol çiyinləri ilə birlikdə isə 12 metr olacaq.

Yolun yenidən qurulması işləri ilin sonunadək başa çatacaq.

Dolların sabaha olan - Məzənnəsi - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR