"Nənəmin hüzr yerinə getmişdim" - Yasda oğurluq edən şəxs saxlanılıb - VİDEO - FOTO

"Nənəmin hüzr yerinə getmişdim" - Yasda oğurluq edən şəxs saxlanılıb - VİDEO - FOTO
19:05 27 İyul 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Yas mərasiminə gələnlərdən birinin cibindən telefonu götürən şəxsi Göygöl polisi elə rayon ərazisində saxlayıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, istintaq yolu ilə müəyyən edilib ki, həmin şəxs "qənimətini" Gəncə şəhərində tanımadığı şəxsə satıb.

Həsrət Fərəcovun ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun Göygöllə yanaşı, qonşu rayonlarda da analoji cinayətlər törətdiyi məlum olub.

Həsrət Fərəcov - saxlanılan şəxs: "Nənəmin hüzr yerinə getmişdim. Qohumlarımızda oradayadı. Qohumlarımızdan birinin telefonunu oğurladım. Aparıb Gəncə şəhərində 70 manata satmışam".

Açılan iş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/criminal/567288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR