Ev heyvanları üçün tərcüməçi yaradıldı

Ev heyvanları üçün tərcüməçi yaradıldı
19:12 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

"Amazon" internet mağazasında ev heyvanları üçün tərcüməçi satışa çıxarılacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında məlumat verilib.
 
Yeni qurğu sayəsində ev sahibi öz pişiyini və ya itini asanlıqla başa düşə biləcək. Bu qurğunu hazırlayarkən alimlər süni intellektdən bəhrələniblər. Onlar it və pişiklərin sahibinə müraciət edərkən və ya nəsə istəyərkən göndərdiyi siqnalları analiz edərək, müəyyən sxem hazırlayıblar.
 
Alimlər qeyd edirlər ki, iflic olmuş və ünsiyyət qabiliyyətini itirmiş şəxslər üçün aparatlar hazırlanarkən müvafiq texnologiyadan istifadə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/566558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR