“Azərişığ”ın Oğuz rayonunda ofis binasının açılışı olub

“Azərişığ”ın Oğuz rayonunda ofis binasının açılışı olub
19:12 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ Ötən gün Oğuz Elektrik Şəbəkəsinin yeni ofis binasının açılışı olub. 
Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Qurum rəsmisi deyib ki, iki mərtəbədən ibarət yeni ofis binasında əməkdaşların operativ fəaliyyət üçün hər cür şərait yaradılıb: “Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Son iki ildə Oğuz Elektrik Şəbəkəsinin xidməti ərazisində master-plana uyğun kifayət qədər yenidənqurma işləri həyata keçirilib. Hal-hazırda 1 ədəd yeni 35/10 kVt-luq yarımstansiya inşa edilir və 31 ədəd yeni KTM quraşdırılıb. Göstərilən müddət ərzində 30 km kabel, 22.6 km naqil, 432 ədəd dayaq yenidən qurulub. Bu istiqamətdə 10-0.4 kVt-luq şəbəkənin yenidən qurulması işləri aparılır. Hazırda isə Oğuz şəhəri, Calut, Malıx, Bucaq, Muxas, Daşağıl, Bayan, Qumlaq, Şirvanlı, Tayfılı, Hallavar, Ərmənət, Xal-xal, Xalxalqışlaq, Filfili, Xaçmaz, Xaçmazqışlaq kəndlərində yenidənqurma işlər davam etdirilir”.
T.Mustafayev deyib ki, ötən iki ildə Şimal-Qərb RETSİ üzrə Qəbələ, Şəki, İsmayıllı Elektrik Şəbəkələrinin yeni ofis binaları istifadəyə verilib, Qax, Zaqatala və Balakən rayonlarında isə yeniləri inşa olunur: “Balakən, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Oğuz, Şamaxı rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Şimal-Qərb RETSİ (Regional Enerji Təchizatı və Satışı İdarəsi) 8 rayon üzrə 471 kənd, 54 yaşayış məntəqəsi və 14 qəsəbədəyə xidmət edir ki, burda da ümumilikdə 198 min abonent olmaqla 690 min əhali yaşayır. Turizm zonası sayılan Şimal-Qərb bölgəsində “Azərişıq” yaradıldıqdan sonra müasir standartlara cavab verən 110/35/10 kVt-luq “Bəhmədli”, “Cəfərabad” “Göynük” yarımstansiyaları istifadəyə verilib və “Qax” yarımstansiyasında işlər yekünlaşmaqdadır. 35/10 kVt-luq yarımstansiyalar üzrə isə “Qəbələ”, “Zəyzid”, “Ulduz” yarımstansiyaları tikilib, “Oğuz”, “İlisu” “Yeni Basqal”, “Yeni Şamaxı” və “Qax-2” yarımstansiyalarında isə işlər başa çatmaqdadır. Bundan əlavə Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 287 ədəd yeni KTM (Komplekt Transformator məntəqəsi) quraşdırılıb. Region üzrə 298.049 km ÖİN (özünüdaşıyan izolyasiyalı naqil) kabel, 307.243 km naqil çəkilib, 26.137 ədəd yeni dayaq basdırılıb və dəyişdirilib. Şimal-Qərb RETSİ-nin 80-ə yaxın kənd və qəsəbələrində yenidənqurma işləri aparılıb və hazırda 75-dən artıq kənd və qəsəbədə işlər görülməkdədir. 8 rayon üzrə ümumilikdə 17 225 ədəd yeni sayğac quraşdırılıb, 14 025 ədəd sayğac yenisi əvəz edilib. Ümumilikdə istismar müddətini başa vurmuş şəbəkələrdə görülən işlər nəticəsində texniki itkilər azalıb, elektrik enerjisinin yığımı artıb”.
Açılış mərasimində Azərişığ”ın sədr müavini Vüqar Əhmədov, Oğuz şəhər icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov iştirak ediblər.





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerisig-in-oguz-rayonunda-ofis-binasinin-acilisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR