“Azərsu”da doktorantlar hazırlanacaq

“Azərsu”da doktorantlar hazırlanacaq
19:52 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda təhsilin doktorantura pilləsi üzrə kadrlar hazırlanacaq. 
ASC-dən "Report"a daxil olan məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilib. Dəyişikliklərə görə, bir sıra təhsil müəssisələri ilə yanaşı, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu da ali təhsilin doktorantura pilləsi üzrə kadr hazırlığı həyata keçirən təşkilatlar siyahısına daxil edilib.
İnstitutda təhsilin doktorantura pilləsi üzrə qəbul mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin texnologiyası və mühəndisliyi, eləcə də hidrologiya ixtisasları üzrə aparılacaq.
Qeyd edək ki, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda su sektorunda müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar üzrə təhsilin doktorantura pilləsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkədə istehlakçıların 24 saat fasiləsiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə işlər uğurla davam etdirilir. Həyata keçirilən layihələr çərçivəsində yeni sutəmizləyici qurğular, su anbarları, magistral və şəbəkə xətləri tikilir, yeni kanalizasiya sistemləri yaradılır. Bütün həyata keçirilən layihələr elmi nailiyyətlərə və innovativ texnologiyalara əsaslanmaqla həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azersu-da-doktorantlar-hazirlanacaq12

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR