Azərbaycanda daha bir institut doktorantura üzrə kadrlar hazırlayacaq

Azərbaycanda daha bir institut doktorantura üzrə kadrlar hazırlayacaq
19:52 27 İyul 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunda təhsilin doktorantura pilləsi üzrə kadrlar hazırlanacaq.

"Azərsu"dan Milli.Az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 19 iyul 2017-ci il tarixli 297 nömrəli qərarına əsasən, "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nda dəyişikliklər edilib.

Dəyişikliklərə görə bir sıra təhsil müəssisələri ilə yanaşı, "Azərsu" ASC-nin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu da ali təhsilin doktorantura pilləsi üzrə kadr hazırlığı həyata keçirən təşkilatlar siyahısına daxil edilib. İnstitutda təhsilin doktorantura pilləsi üzrə qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:

3305.05 - Mühəndis-kommunikasiya sistemləri
3308.01 - Ətraf mühitin texnologiyası və mühəndisliyi
5406.01 - Hidrologiya

Qeyd edək ki, "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunda su sektorunda müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar üzrə təhsilin doktorantura pilləsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə istehlakçıların 24 saat fasiləsiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə işlər uğurla davam etdirilir. Həyata keçirilən layihələr çərçivəsində yeni sutəmizləyici qurğular, su anbarları, magistral və şəbəkə xətləri tikilir, yeni kanalizasiya sistemləri yaradılır. Bütün həyata keçirilən layihələr elmi nailiyyətlərə və innovativ texnologiyalara əsaslanmaqla həyata keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/567294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR