Putin: “Tərbiyəsizliyə daim dözmək olmur..."

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasibət bildirib. 

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o bildirib ki, Rusiyanın cavabı qanun layihəsinin yekun variantından asılı olacaq.

 “Biz özümüzü çox səbrli aparırıq, lakin hansısa məqamda cavab verməli olacağıq. Ölkəmizə qarşı hansısa tərbiyəsizliyə daim dözmək olmur”, - deyə o vurğulayıb. 

Putin qeyd edib ki, ABŞ-ın nəzərdən keçirdiyi qanun layihəsi rəqabət mübarizəsində geosiyasi üstünlüklərdən yararlanmaq cəhdidir. O, Rusiya-ABŞ münasibətlərinin ABŞ-ın daxili məsələlərinə qurban verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR