Müştərilərinə 1 milyard funt-sterlinq təzminat ödəyəcək

Müştərilərinə 1 milyard funt-sterlinq təzminat ödəyəcək
20:37 27 İyul 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın aparıcı banklarından "Lloyds" Bankçılıq Qrupu, əvvəlki qüsurlu məhsullarına görə, bankın müştərilərinə ödəmək üçün balansından 1 milyard funt-sterlinq ayırdığını bildirib.

Milli.Az "Marja"-ya istinadən  xəbər verir ki, bank qrupundan bildiriblər ki, vəsait problemli sığorta və ipoteka məhsulları səbəbindən müştərilərə təzminat ödənmək üçün ayırılıb.
Bank qrupu daha əvvəl də müştərilərinə təzminat ödənmək üçün 350 milyon funt-sterlinq ayırdığını bildirmişdi.
Həmçinin açıqlamada, bankın bu ilin ilk yarısında vergidən əvvəlki mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artım qeyd edərək təxminən 2,5 milyard funt sterlinqə yüksəldiyi bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR