Nənəsinin yas mərasimində oğurluq edən şəxs yaxalandı – VİDEO

Nənəsinin yas mərasimində oğurluq edən şəxs yaxalandı – VİDEO
20:42 27 İyul 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Yas mərasiminə gələnlərdən birinin cibindən telefonu götürən şəxsi Göygöl polisi elə rayon ərazisində saxlayıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, istintaq yolu ilə müəyyən edilib ki, həmin şəxs "qənimətini" Gəncə şəhərində tanımadığı şəxsə satıb.

Həsrət Fərəcovun ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun Göygöllə yanaşı, qonşu rayonlarda da analoji cinayətlər törətdiyi məlum olub.

"Nənəmin hüzr yerinə getmişdim. Qohumlarımızda orada idilər. Onlardan birinin telefonunu oğurladım. Aparıb Gəncə şəhərində 70 manata satmışam", - saxlanılan şəxs deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/567304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR