Saratovda bəbir uşağa hücum edib

Saratovda bəbir uşağa hücum edib
20:57 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq İdarəsindən bildiriblər ki, Saratovun ticarət mərkəzlərinin birində yerləşən zooparkda 6 yaşlı qız bəbirin hücumuna məruz qalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ilkin məlumata görə, boyun nahiyəsindən yaralanan uşaq xəstəxanaya çatdırılıb. Hazırda müstəntiqlər hadisənin baş verməsi səbəblərini araşdırırlar.

Qeyd edək ki, bu, zooparkda heyvanların uşaqlara hücum etdiyi ilk hadisə deyildir. Belə hadisələr çox vaxt təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/567310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR